Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib

Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib

Həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib.

“Birxeber.Az”un məlumatına görə, buna Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan zona yarışlarından sonra aydınlıq gəlib.

Son gündə Mingəçevir Göygölə (22:15), Qazax isə Gəncəyə (17:8) qalib gəlib.

Keçirdiyi hər üç görüşdə qələbə qazanan Mingəçevir zona yarışlarının qalibi olub. Qazax ikinci, Göygöl üçüncü yeri tutub. Hər üç qarşılaşmasında məğlub olan Gəncə isə sonuncu olub.

Beləliklə, Mingəçevir və Qazax komandaları iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak hüququ əldə ediblər.