Ceyhun Bayramov Niderlandın Baş nazirinin müavini ilə telefonla danışıb

Ceyhun Bayramov Niderlandın Baş nazirinin müavini ilə telefonla danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı baş tutub.

Bu barədə "Birxeber" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini və xoş arzularını ifadə ediblər.

Tərəflər ikitərəfli gündəliyin cari məsələləri, habelə əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar. Bu ilin 15 mart tarixində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məmnunluqla vurğulanıb və bu təcrübənin gələcəkdə davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlər, bu xüsusda liderlərin Brüssel görüşündə əldə edilmiş razılaşmaların icrasının vacibliyi, eləcə də bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışlarına dair məlumat verib.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xarici siyasət Xarici siyasət
Jan Mişel Brun: "Minsk qrupu aktuallığını itirib"

Jan Mişel Brun: "Minsk qrupu aktuallığını itirib"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Xarici siyasət Xarici siyasət
Əli Əsədov Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

Əli Əsədov Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

Xarici siyasət Xarici siyasət
XİN başçısı: “Gürcüstan-Azərbaycan tərəfdaşlığı gündən-günə güclənir”

XİN başçısı: “Gürcüstan-Azərbaycan tərəfdaşlığı gündən-günə güclənir”

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Qazaxıstan Prezidentinə zəng edib

İlham Əliyev Qazaxıstan Prezidentinə zəng edib

Xarici siyasət Xarici siyasət
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Avstriya xarici işlər naziri: "Şərq Tərəfdaşlığı" özünü doğrultmur"

Avstriya xarici işlər naziri: "Şərq Tərəfdaşlığı" özünü doğrultmur"

Xarici siyasət Xarici siyasət
Belarusun baş naziri Ermənistanın bombaladığı əraziləri ziyarət edib

Belarusun baş naziri Ermənistanın bombaladığı əraziləri ziyarət edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Ermənistana cavab verib

Azərbaycan XİN Ermənistana cavab verib

Xarici siyasət Xarici siyasət
Türkiyə hərbçiləri Suriyada 10 terrorçunu məhv edib

Türkiyə hərbçiləri Suriyada 10 terrorçunu məhv edib

Xarici siyasət Xarici siyasət
TDT-yə üzv dövlətlərin Dini Liderlər Şurasının növbəti toplantısı Azərbaycanda keçiriləcək

TDT-yə üzv dövlətlərin Dini Liderlər Şurasının növbəti toplantısı Azərbaycanda keçiriləcək