Deputat: "İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi misilsiz xidmətlərinə verilən layiqli qiymətdir"

Deputat: "İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi misilsiz xidmətlərinə verilən layiqli qiymətdir"

“Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması onun şəxsiyyətinə göstərilən böyük diqqətin daha bir bariz nümunəsidir”.

Bunu •birxeber.az açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, bu təltif həm də Azərbaycan Prezidentinin ərazilərimizin işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir: “Bildiyiniz kimi, Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib. Bu dövr ərzində isə Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Ölkəmizin sədrliyi dövründə Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub. Hesab edirəm ki, bu, çox ciddi nəticə və uğurdur”.