Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

“Birxeber.Az”un məlumatına görə, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşacaq.

“Qarabağ Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək. Matçı Bosniya və Herseqovinadan olan hakim Antoni Bandiç idarə edəcək.

İngiltərə yığması 12 xalla qrupda ikinci pillədə qərarlaşır. 4-cü sıradakı Azərbaycan millisinin isə hesabında 3 xal var.

Qeyd edək ki, Samir Əliyevin kollektivi martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

16:00. Azərbaycan – İngiltərə

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)

Bakı, “Qarabağ Arena”