Uqanda Prezidenti oğlunu silahlı qüvvələrin ali baş komandanı təyin edib

Uqanda Prezidenti oğlunu silahlı qüvvələrin ali baş komandanı təyin edib

Uqanda Prezidenti Yoveri Museveni oğlu Muhoozi Kainerugabanı ölkənin silahlı qüvvələrinin ali baş komandanı təyin edib.

“Report” xəbər verir ki, bu barədə “New Vision” portalı məlumat yayıb.

Qeyd olunub ki, M.Kainerugaba əvvəllər ölkənin quru qoşunlarına rəhbərlik edib, lakin 2022-ci ildə Keniya paytaxtını ələ keçirmək niyyətini elan etdikdən sonra işdən çıxarılıb. Daha sonra o, Prezidentin Xüsusi Əməliyyatlar üzrə müşaviri vəzifəsində çalışıb. M. Kainerugaba həm də Uqanda Vətənpərvər Liqasının sədridir.
Əvvəlki Ali Baş Komandan general Vilson Mbasu Mbadi ticarət və kooperativlər naziri vəzifəsinə təyin olunub.