Mozambik, Tanzaniya və Hindistanın birgə təlimləri başlayıb

Mozambik, Tanzaniya və Hindistanın birgə təlimləri başlayıb

Hind okeanının Şərqi Afrika sahillərində Mozambik, Tanzaniya və Hindistan Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başlayıb.

APA xəbər verir ki, bu barədə "Mozambique Club" portalı məlumat yayıb.

Manevrlər martın 29-dək Zənzibar adası və Maputo Limanı yaxınlığında, sonra isə açıq okeanda keçiriləcək.

Təlimlərin məqsədi üç təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməkdir. Təlimlərdə Hindistanın "Tr" və "Sujata"döyüş gəmiləri iştirak edir.