Gədəbəydə yeniyetmə oğlanı maşın vuraraq öldürüb

Gədəbəydə yeniyetmə oğlanı maşın vuraraq öldürüb

Gədəbəyədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kiçik Qaramurad kəndində qeydə alınıb.

Hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 2011-ci il təvəllüdlü yeniyetmə oğlanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.