Goranboyda qəza olub xəsarət alan var

Goranboyda qəza olub xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonum Dəlməmmədli şəhərində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" ilə "Toyota Prius" markalı minik maşını toqquşub.

Qəza zamanı 2000-ci il təvəllüdlü Məmmədtağı Teyyubov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.