“Mossad” rəhbəri Dohada Qəzzadakı girovların qaytarılmasını müzakirə edəcək

“Mossad” rəhbəri Dohada Qəzzadakı girovların qaytarılmasını müzakirə edəcək

İsrailin “Mossad” kəşfiyyat xidmətinin direktoru David Barnea martın 22-də Dohaya səfər edəcək.

“Birxeber.Az”un məlumatına görə, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi xəbər yayıb.

Qeyd olunub ki, “Mossad”ın direktoru Dohada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə Qəzza zolağında saxlanılan girovların qaytarılması üçün radikal HƏMAS hərəkatı ilə razılaşmanı müzakirə edəcək.

Vurğulanıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail nümayəndə heyətinin göndərilməsinə razılıq verib.