BMT Baş Assambleyası süni intellektin tənzimlənməsinə dair ilk qətnaməni qəbul edib

BMT Baş Assambleyası süni intellektin tənzimlənməsinə dair ilk qətnaməni qəbul edib

BMT Baş Assambleyası süni intellektin tənzimlənməsi və təhlükəsizliyini təmin etmək məqsədi daşıyan ABŞ və 100-dən çox ölkənin birgə təşəbbüsü ilə qətnamənin qəbul edilməsinə yekdilliklə səs verib.

“Birxeber.Az”un məlumatına görə, BMT-nin 193 dövlətinin hamısı sənədin qəbulunu dəstəkləyib.

Onun həmmüəllifləri arasında Braziliya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Çin, BƏƏ, Türkiyə, Özbəkistan, Slovakiya, Sloveniya, Estoniya var.

Qətnamə 13 bənddən ibarətdir ki, bunlardan birincisi ölkələr arasında və ölkə daxilində süni intellekt və digər rəqəmsal texnologiyalar sahəsində boşluğun yaranmamasına çağırır.