Finlandiya Ukrayna ilə hərbi dəstək haqqında müqavilə imzalayacaq

Finlandiya Ukrayna ilə hərbi dəstək haqqında müqavilə imzalayacaq

Finlandiya Prezidenti Aleksander Stubb Ukrayna ilə hərbi dəstək haqqında saziş imzalamağa hazırlaşır.

Birxeber.Az-nın məlumatına görə, bu barədə “Iltalehti” qəzeti mənbələrə istinadən xəbər verir.

Bu sazişin Stubbın Ukraynaya səfəri zamanı Kiyevdə imzalanacağı gözlənilir.

Səfərin tarixi dəqiq deyil.

Qəzetin yazdığına görə, sazişə əsasən Finlandiya Ukraynanı uzun illər silahla təmin etməyi və donanmasını təchiz etməyi, ğz üzərinə götürəcək.

Ukraynanın NATO-ya üzvlüyünün də dəstəklənəcəyi bildirilib.

Sənəd imzalanacağı təqdirdə Finlandiya şirkətləri Kiyevə öz müdafiə sənayesini qurmağa kömək edəcək.