BMT Baş katibi münaqişə məsələlərində ikili standartlardan qaçmağa çağırıb

BMT Baş katibi münaqişə məsələlərində ikili standartlardan qaçmağa çağırıb

Ukrayna və Qəzza zolağındakı münaqişələrdə beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun prinsiplərə əməl etməli, ikili standartlardan çəkinməlidir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Avropa İttifaqının sammitinə gələn BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, həm HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktı, həm də Qəzzada misli görünməmiş sayda qurbanlar pislənməlidir.

“Biz ikili standartlar olmadan həm Ukraynada, həm də Qəzzada prinsiplərə əməl etməliyik”.

O, həmçinin qlobal çağırışlarla bağlı BMT ilə sıx əməkdaşlığa görə Avropa İttifaqına təşəkkür edib.