Ağsuda avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Ağsuda avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Ağsuda avtomobil qəzası baş verib.

Birxeber.Az-nin Şirvan bürosu xəbər verir ki, rayonun Qaraqaşlı kəndi ərazisində “Kia” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Abdullayev Murad Ağadur oğlu, 2005-ci il təvəllüdlü Hüseynli İnqilab Müşfiq oğlu və 2006-cı il təvəllüdlü Soltanov Cavid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

saat 18.57

Ağsuda avtomobil qəzası baş verib.

Birxeber.Az-nin Şirvan bürosu xəbər verir ki, qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Abdullayev Murad Ağadur oğlu, 2005-ci il təvəllüdlü Hüseynli İnqilab Müşfiq oğlu və 2006-cı il təvəllüdlü Soltanov Cavid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.