Ukraynanın Ali Baş Komandanı NATO-nun admiralından silah-sursat istəyib

Ukraynanın Ali Baş Komandanı NATO-nun admiralından silah-sursat istəyib

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauerlə görüşdə Ukrayna ordusu üçün sursat və hava hücumundan müdafiə sistemləri istəyib.

“Report” xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bildirib ki, Bauerə cəbhədəki vəziyyət barədə məlumat verib.

“Biz Ukrayna müdafiə qüvvələrinin əsas ehtiyaclarını müzakirə etdik. Əsas prioritetlər sursat və hava hücumundan müdafiədir. Mən NATO-dakı həmkarlarıma Ukraynaya hərtərəfli və ardıcıl dəstəyə görə təşəkkür etdim”, - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı yazıb”.