Fransa və Ermənistan liderləri Azərbaycan-Ermənistanın normallaşması məsələsini müzakirə ediblər

Fransa və Ermənistan liderləri Azərbaycan-Ermənistanın normallaşması məsələsini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən görüşdə İrəvanla Bakı arasında sülh sazişinin bağlanması prosesini müzakirə ediblər.

“Birxeber.Az”un məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub.

Tərəflər həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.