Çexiya Rusiyanı təhlükəsizliyinə ən böyük təhdid elan edib

Çexiya Rusiyanı təhlükəsizliyinə ən böyük təhdid elan edib

Çexiya parlamenti Rusiyanı Avropa İttifaqı və NATO ölkələrinin təhlükəsizliyinə ən böyük təhdid elan edib.

Birxeber.Az-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, bu, Çexiya parlamentinin martın 20-də qəbul etdiyi qətnamədə əksini tapıb.

Qətnamədə qeyd edilib ki, Rusiya öz təsir dairəsini Ukrayna və digər Avropa ölkələrinə yaymağa cəhd edir. Eyni zamanda Ukraynaya yardımın vacibliyi də vurğulanıb.