Türkiyədə dəmir yolu xəttinin tikintisində torpaq sürüşməsi olub, 2 nəfər ölüb

Türkiyədə dəmir yolu xəttinin tikintisində torpaq sürüşməsi olub, 2 nəfər ölüb

Türkiyədə torpaq sürüşməsi olub.

Birxeber.Az-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Tekirdağda sürətli dəmir yolu xəttinin tikintisi zamanı baş verib.

Torpaq altında iki işçi qalıb. Bir saat davam edən xilasetmə əməliyyatından sonra işçilərin meyitləri torpaq altından çıxarılıb.