Hakan Fidan “Akkuyu” AES-in tikintisini Türkiyə üçün prioritet layihə adlandırıb

Hakan Fidan “Akkuyu” AES-in tikintisini Türkiyə üçün prioritet layihə adlandırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisini Türkiyə üçün prioritet layihə adlandırıb.

“Birxeber.Az” xəbər verir ki, o, bunu Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində çıxışı zamanı deyib.

“Akkuyu” AES istismara verildikdən sonra Türkiyənin elektrik enerjisinə olan daxili tələbatının təxminən 10 faizini təmin edəcək. Məqsədimiz əlavə stansiyaların, eləcə də kiçik modul reaktorların tikintisi hesabına bu rəqəmi artırmaqdır. Türkiyə bu sahədə ilk addımları atır və ən yüksək beynəlxalq təhlükəsizlik standartlarını tətbiq edir”, - nazir bildirib.

O, nüvə enerjisi layihələrini maliyyələşdirmək üçün qlobal əməkdaşlığa çağırıb, həmçinin Brüssel sammitini nüvə enerjisinin gələcəyi baxımından “dönüş nöqtəsi” adlandırıb.