Ərdoğan Novruz bayramını qeyd edən bütün insanları təbrik edib

Ərdoğan Novruz bayramını qeyd edən bütün insanları təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada Novruz bayramını qeyd edən hər kəsi təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin rəsmi "X" hesabında paylaşım edilib.

"Millətimizin və Novruz sevincini yaşayan coğrafiyamızdakı bütün qardaşlarımızın Novruz bayramını təbrik edirəm. Orta Asiyadan Balkanlara çox geniş bir bölgədə yeni ümidlərlə qeyd edilən Novruzun xeyirlərə vəsilə olmasını diləyirəm", - deyə R.T.Ərdoğan qeyd edib.