Azərbaycanda avtomobil nəqliyyatı ilə idxal-ixrac yüklərinin daşınması 15 % artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə idxal-ixrac yüklərinin daşınması 15 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 1,791 milyon ABŞ dolları dəyərində 875 min ton idxal-ixrac yükü daşınıb.

“Birxeber.Az” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 % 15,3 % çoxdur.

O cümlədən, 2 ay ərzində avtomobil nəqliyyatı ilə 1,509 milyon ABŞ dolları dəyərində 549 min ton yük idxal olunub, 0,282 milyon ABŞ dolları dəyərində 326 min ton yük ixrac olunub,

Hesabat dövründə idxal olunan yükün dəyəri 6,3 %, həcmi 12,5 %, ixrac olunan yükün isə dəyəri 11,7 %, həcmi 20,2 % artıb.