Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb

Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb

Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb.

"Birxeber.Az" xəbər verir ki, bu haqda "L'Equipe" nəşri məlumat yayıb.

Bundesliqada ən yüksək maaşı "Bavariya"nın futbolçuları alır. İlk üç pillədə ingiltərəli hücumçu Harri Keyn (ayda 2,1 milyon avro), qapıçı Manuel Noyer və hücumçu Tomas Müller (hər ikisi 1,66 milyon avro) qərarlaşıblar.

Premyer Liqanın ən yüksək ödənişli futbolçusu isə “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruynedir (2,02 milyon avro). Norveç millisinin və "Mançester Siti"nin hücumçusu Erlinq Holann (1,9 milyon avro) bu göstəricidə ikincidir. “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah və “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro (1,77 milyon avro) 3-4-cü pillələri bölüşürlər.