Azərbaycan və Pakistan XİN başçıları münaqişədən sonrakı regional vəziyyəti müzakirə ediblər

Azərbaycan və Pakistan XİN başçıları münaqişədən sonrakı regional vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində Pakistanın xarici işlər naziri İshaq Darla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında qeyd edilib.

Tərəflər iqtisadiyyat, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Eyni zamanda, COP29-la əlaqədar hazırlıq işləri və münaqişədən sonrakı regional vəziyyət müzakirə olunub.