İqtisadiyyat naziri qurumun əməkdaşlarına orden və medallar təqdim edib

İqtisadiyyat naziri qurumun əməkdaşlarına orden və medallar təqdim edib

İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib.

“Birxeber.Az”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə. nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə də Azərbaycan iqtisadiyyatında dinamik inkişafın davam etdiyini vurğulayıb, əldə olunmuş nəticələrdə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının töhfəsini qeyd edib.

İnsan kapitalının inkişafının, əməkdaşların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayan iqtisadiyyat naziri bunun gələcək uğurların əsas şərtlərindən olduğunu və dövlət başçısının müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində Nazirliyin hədəflərini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan İnvestisiya Şirkətinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib.

İqtisadiyyat naziri xidmətdə fərqlənən əməkdaşların təltif edilməsinin həmin şəxslərin əməyinə verilən yüksək qiymət olduğunu diqqətə çatdırıb, Nazirliyin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Maliyyə Maliyyə
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Maliyyə Maliyyə
Həyat sığortası nə üçündür, necə hesablanır və kimlərə aiddir?

Həyat sığortası nə üçündür, necə hesablanır və kimlərə aiddir?

Maliyyə Maliyyə
İcbari sığorta növlərinin aparılmasına icazə üçün Əlavə Tələblər dəyişib

İcbari sığorta növlərinin aparılmasına icazə üçün Əlavə Tələblər dəyişib

Maliyyə Maliyyə
“Fitch” 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu 1,4%-ə qədər aşağı salıb

“Fitch” 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu 1,4%-ə qədər aşağı salıb

Maliyyə Maliyyə
Dünya Bankı: “Azərbaycanda təhsil sektorunun yaxşılaşdırılması üzrə birgə işlər aparılır”

Dünya Bankı: “Azərbaycanda təhsil sektorunun yaxşılaşdırılması üzrə birgə işlər aparılır”

Maliyyə Maliyyə
Naxçıvanda gömrük yığımları 2 dəfədən çox artıb

Naxçıvanda gömrük yığımları 2 dəfədən çox artıb

Maliyyə Maliyyə
Rəşad Orucov: “Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"

Rəşad Orucov: “Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"

Maliyyə Maliyyə
Qızılın unsiyasının qiyməti 1 700 dollardan yuxarı səviyyədə qalmaqdadır

Qızılın unsiyasının qiyməti 1 700 dollardan yuxarı səviyyədə qalmaqdadır

Maliyyə Maliyyə
Yaponiyada inflyasiya 40 ildə ilk dəfə yüksəlib

Yaponiyada inflyasiya 40 ildə ilk dəfə yüksəlib

Maliyyə Maliyyə
İdxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artıb

İdxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artıb

Maliyyə Maliyyə
Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi” və Nizamnaməsi hazırlanıb

Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi” və Nizamnaməsi hazırlanıb

Maliyyə Maliyyə
AzTV auditor seçib

AzTV auditor seçib