Rusiya MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib, Putin xalqa müraciət edib - YENİLƏNİB

Rusiya MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib, Putin xalqa müraciət edib - YENİLƏNİB

Rusiya Mərkəzi Seçki Komissiyası Rusiya Federasiyasında ötən prezident seçkilərinin nəticələrini təsdiq edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, MSK Vladimir Putinin beşinci dəfə dövlət başçısı seçildiyini açıqlayıb.

Putin Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı xalqa müraciət edib.

***

saat 12.56

Rusiyada prezident seçkilərinin yekun nəticəsi açıqlanıb.

Birxeber.Az-nın xəbərinə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Vladimir Putin 87,28 faiz səs (76 277 708 nəfər) toplayıb.

Digər namizədlərə gəlincə, Nikolay Mixayloviç Xaritonov seçicilərin 4,31 faizinin (3 milyon 768 min 470 nəfər), Vladislav Andreyeviç Davankov 3,85 faizinin (3 milyon 362 min 484 nəfər), Leonid Eduardoviç Slutski 3,2 faizinin (2 milyon 797 min 629 nəfər) səsini alıb.