"Barselona" Qvardiola və Kloppa təklif göndərməyib

"Barselona" Qvardiola və Kloppa təklif göndərməyib

İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçiləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola və "Liverpul"un çalışdırıcısı Yurgen Kloppa təklif göndərməyib.

"Report" xəbər verir ki, bunu "Daily Mail"ə açıqlamasında Kataloniya təmsilçisinin idman direkltoru Deku deyib.

“Hələ qərar verilməyib. Əlbəttə, Luis Enrikeni bəyənirəm, o, top-məşqçidir. Xosep Qvardiola və Yurgen Klopp da həmçinin. Lakin bu mütəxəssislər əlçatmazdır. Eynilə Mikel Arteta kimi. İndiyədək heç bir məşqçi ilə əlaqə saxlamamışıq”, - deyə Deku bildirib.

"Barselona"nın hazırkı baş məşqçisi Xavi Ernandes 2023/2024 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb. 44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından Kataloniya klubuna rəhbərlik edir.

Qeyd edək ki, "Barselona" İspaniya La Liqasında 29 turdan sonra 64 xalla ikinci pillədə qərarlaşıb.