Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yarışda "Ocaq Sport" klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Qrasiya” İdman Klubu, "Kür" Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə və Sumqayıtdan ümumilikdə 60-a yaxın gimnast qüvvəsini sınayacaq.

Çempionatda 2011, 2009-2010-cu il təvəllüdlü yeniyetmə və gənclər, həmçinin daha böyük təvəllüdlü idmançılar fərdi proqramda çıxış edəcəklər. Gənclər arasında qrup hərəkətləri komandaları 5 halqa və 5 gürz üzrə proqramları nümayiş etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatı martın 23-nə qədər davam edəcək.