Azərbaycanın ticarət əməliyyatları apardığı xarici ölkələrin sayı azalıb

Azərbaycanın ticarət əməliyyatları apardığı xarici ölkələrin sayı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 138 xarici ölkə ilə ticarət əməliyyatları aparıb.

“Birxeber.Az” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 ölkə və yaxud 11 % azdır.

Xatırladaq ki, 2 ay ərzində Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 1 il əvvələ nisbətən 0,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb. Son nəticədə xarici ticarətdə 2 333 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24,8 % çoxdur.