Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin! - FOTO

Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin! - FOTO

"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" istedadlı şagirdlərin dəstəklənməsi və təşviq olunması məqsədilə “Parlaq Zəkalar” adlı sosial layihə həyata keçirir.

Belə ki, cari ilin 14 may tarixində Mərkəz tərəfindən xüsusi güzəşt imtahanının keçirilməsi planlaşdırılır.

İmtahanda yüksək nəticə əldə edən şagirdlər tam ödənişsiz və ya güzəştli şərtlərlə təhsil alma imkanı əldə edə biləcəklər. Sözügedən imtahan yalnız Azərbaycan bölməsi üzrə 5-7-ci sinif (2022/23 tədris ili) şagirdləri üçün nəzərdə tutulub.

Əsas məqsəd ana dilində təhsil alan istedadlı şagirdlərin məntiqi və riyazi təfəkkürünü ölçmək, potensialını kəşf etmək və onlara özəl təhsil müəssisəsində təhsil alma fürsəti yaratmaqdır.

Bu fürsətdən yararlanmaq istəyən şagirdlər 10 may 2022-ci il tarixinədək Mərkəzin rəsmi veb-saytında yerləşdirilmiş müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Nəzərinizə çatdıraq ki, "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rus və ingilis bölmələri üzrə 3-17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir.

Mərkəz, 500-dan çox şagirdə təhsil xidməti göstərir. Layihə ilə bağlı ətraflı məlumat əldə etmək və müraciət üçün aşağıdakı keçiddən istifadə oluna bilər: 21century.edu.az/az/admission/parlaqzekalar

Parlaq Zəkalar | XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Birxeber
--- ---
“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

--- ---
“Bank of Baku”-dan aztəminatlı ailələrə Ramazan Sovqatı! - FOTO

“Bank of Baku”-dan aztəminatlı ailələrə Ramazan Sovqatı! - FOTO

--- ---
Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin! - FOTO

Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin! - FOTO