Qida əlavələri və rəngləyicilərinə dair məhdudiyyətlər müəyyənləşib

Qida əlavələri və rəngləyicilərinə dair məhdudiyyətlər müəyyənləşib

Daşınma yolu ilə tərkibinə qida əlavələrinin daşınmasına yol verilməyən qida məhsullarının siyahısı müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.

Həmin qida məhsulları aşağıdakılardır:

- Ət hazırlıqları istisna olmaqla, emal olunmamış qida məhsulları

- Bal

- Heyvan və ya bitki mənşəli emulsiya edilməmiş bərk və duru yağlar

- Kərə yağı

- Dad-aromatik maddələr əlavə edilməmiş pasterizə və strelizə edilmiş (UHT də daxil olmaqla) süd və dad-aromatik maddələr əlavə edilməmiş sadə qaymaq (yağı azaldılmış qaymaqlar istisna olmaqla)

- Fermentləşdirildikdən sonra termik emal olunmamış, dad-aromatik maddələr əlavə edilməmiş süd məhsulları

- Dad-aromatik maddələr əlavə edilməmiş ayran (sterilizə edilmiş ayran istisna olmaqla)

- Təbii mineral sular, bulaq suyu və bütün digər qablaşdırılmış sular

- Qəhvə (dad-aromatik maddələr əlavə edilmiş həll olunan qəhvə istisna olmaqla) və qəhvə ekstraktarı

- Dad-aromatik maddələr əlavə edilməmiş çay yarpaqları

- Şəkər

- Quru makaron məmulatları, qlütensiz və (və ya) yüksək zülallı pəhriz üçün nəzərdə tutulmuş makaronlar istisna olmaqla

- Körpələr və erkən yaşlı uşaqlar üçün qida məhsulları, o cümlədən körpələr və erkən yaşlı uşaqlar üçün tibbi məqsədli qida məhsulları.

Daşınma yolu ilə tərkibinə qida rəngləyicilərinin daşınmasına yol verilməyən qida məhsulları da müəyyənləşib:

- emal olunmamış qida məhsulları

- Bütün qablaşdırılmış sular

- Süd, tam yağlı, yarı yağlı və yağsız süd, pasterizə və ya sterilizə edilmiş (UHT sterilizə edilmiş də daxil olmaqla) (dad-aromatik maddələr əlavə edilməmiş)

- Şokoladlı süd

- Fermentləşdirilmiş süd (dad-aromatik maddələr əlavə edilməmiş)

- Preservləşdirilmiş südlər (qatılaşdırılmış süd, quru süd) (dad-aromatik maddələr əlavə edilməmiş)

- Ayran (dad-aromatik maddələr əlavə edilməmiş)

- Qaymaq və qaymaq tozu (dad-aromatik maddələr əlavə edilməmiş)

- Heyvan və ya bitki mənşəli bərk və duru yağlar

- Yetişmiş və yetişməmiş pendir (dad-aromatik maddələr əlavə edilməmiş)

- Qoyun və keçi südündən alınan kərə yağı

- Yumurta və yumurta məhsulları

- Un və digər üyüdülmüş məhsullar və nişastalar

- Çörək və buna bənzər məhsullar

- Makaron və kartof qnoçisi (ənənəvi İtalyan yeməyi)

- Bütün mono- və di-saxaridlər daxil olmaqlar şəkərlər

- Tomat pastası və konservləşdirilmiş və qablaşdırılmış pomidorlar

- Tomat əsaslı souslar

- Meyvə şirələri və nektarları, tərəvəz şirələri və nektarları

- Konservləşdirilmiş və ya şüşədə qablaşdırılmış, yaxud qurudulmuş meyvələr, tərəvəzlər (kartof da daxil olmaqla) və göbələk; emal olunmuş meyvələr, tərəvəzlər (kartof da daxil olmaqla) və göbələk

- Ekstra mürəbbə(meyvə tərkibi daha yüksək olan mürəbbə), ekstra jele(meyvə tərkibi daha yüksək olan jele) və şabalıd püresi, gavalı cemi (crème de pruneaux)

- Balıq, mollyusk və xərçəngkimilər, ət, quş əti və ov heyvanların əti, habelə onların hazırlıqları (bu inqrediyentləri ehtiva edən hazır yeməklər istisna olmaqla)

- Kakao məhsulları və şokolad məhsullarındakı şokolad komponentləri

- Qovrulmuş qəhvə, çay, bitki və meyvə dəmləmələri; çay, bitki və meyvə dəmləmələri və kasnı ekstraktları; dəmləmə üçün çay, bitki, meyvə və taxıl hazırlıqları, o cümlədən onların qarışıqları

- Duz, duz əvəzediciləri, ədviyyatlar və ədviyyat qarışıqları

- Şərablar, üzüm şirəsi, üzüm mustu

- Distillə yolu ilə əldə olunan alkoqollu içkilər, maserasiya və distillə yolu ilə alınan (meyvə adına uyğun adlandırılmış) içkilər, London cin Sambuca, Maraschino, Marrasquino və ya Maraskino və Mistrà

- Sangria (şərabdan alınan içki), Clarea (ağ şərabdan alınan içki) və Zurra (brendi və şərab distillə alkoqollu içkidən alınan içki)

- Şərab sirkəsi

- Körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalar, o cümlədən körpələr və erkən yaşlı uşaqlara tibbi məqsədlər üçün hazırlanan qida məhsulları

- Bal

- Taxıl cücərtisi (səməni) və taxıl cücərtisi məhsulları.