Vyetnam parlamenti Prezidentin istefasını təsdiqləyib

Vyetnam parlamenti Prezidentin istefasını təsdiqləyib

Vyetnam Milli Məclisi Vo Van Txıonqun istefasını təsdiqləyib.

Birxeber.Az-nın “Vietnamnet” portalına istinadən verdiyi xəbərə görə, Vo Van Txıonq Kommunist Partiyasının Nizamnaməsinin bir neçə maddəsini pozub.

Parlamentdən öncə martın 20-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi Vo Van Txıonqun istefasını qəbul edib.

Vo Van Txıonq 2 mart 2023-cü ildə Prezident təyin edilib. Beləliklə, onun səlahiyyəti müddəti 12 aydan bir qədər çox olub.