Cənubi Koreya və ABŞ şəhər şəraitində döyüş təlimləri keçirib

Cənubi Koreya və ABŞ şəhər şəraitində döyüş təlimləri keçirib

Cənubi Koreya və ABŞ şəhər mühitində birgə döyüş təlimləri keçirib.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Hər iki tərəf şəhər ərazilərində qəfil hücumlar, yeraltı tikililərdə döyüşlər ssenarisindən istifadə etməklə hücum və müdafiə əməliyyatları həyata keçirib", - məlumatda deyilir.

Agentlik bildirib ki, beş günlük təlim bazar ertəsi sərhəddəki Paju şəhərində, şəhər əməliyyatları poliqonunda keçirilib.

Qeyd olunur ki, təlimlərə 400-ə yaxın hərbçi, tanklar, helikopterlər və pilotsuz uçuş aparatları cəlb olunub.