Estoniya Rusiya ilə hüquqi yardım haqqında müqaviləni ləğv edib

Estoniya Rusiya ilə hüquqi yardım haqqında müqaviləni ləğv edib

Estoniya Rusiya ilə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqaviləni ləğv edib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə ERR dövlət teleradio portalı məlumat yayıb.

Müqavilə 30 il əvvəl imzalanıb və mütəmadi olaraq uzadılırdı, lakin indi, Estoniya hökuməti və parlamenti sənədə xitam verilməsini zəruri hesab edib.

Estoniya hakimiyyəti qərara səbəb kimi Rusiya ədliyyə sisteminə etimadın olmamağını göstərir.