Yaponiya sahillərində kimyəvi tanker çevrilib

Yaponiya sahillərində kimyəvi tanker çevrilib

Yaponiyanın Yamaquti prefekturasının sahillərində Cənubi Koreya bayrağı altında üzən kimyəvi tanker çevrilib.

APA "Yonhap" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı tankerdə 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin vətəndaşı olmaqla, ümumilikdə 11 ekipaj üzvü olub, onlardan 6-sı xilas edilib, 5 ekipaj üzvünün axtarışları davam edir.

Axtarış-xilasetmə işlərinə aviasiya və patrul katerləri cəlb olunub.

Yaponiya Sahil Mühafizəsi qeyd edir ki, uzunluğu 68,8 metr və eni 10,6 metr olan tanker 980 ton akril turşusu daşıyıb.