Efiopiyada terrorçuluqda şübhəli bilinən 50 nəfər saxlanılıb

Efiopiyada terrorçuluqda şübhəli bilinən 50 nəfər saxlanılıb

Efiopiya təhlükəsizlik qüvvələri paytaxt Əddis-Əbəbə, onun ətrafında silahlı zorakılıq və terror fəaliyyətləri hazırlamaqda iştirak edən 50 şübhəlini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Efiopiyanın Birgə Təhlükəsizlik və Kəşfiyyat Qrupunun məlumatına görə, saxlanılanlar gizli silahlı qruplaşmanın üzvləridir. Onlar regional və federal təhlükəsizlik qüvvələrinin koordinasiyalı səyləri ilə Amhara bölgəsində zorakılıq fəaliyyətləri həyata keçirmək üçün uğursuz cəhdlərdən sonra Əddis-Əbəbə və onun ətrafında silahlı terror fəaliyyətlərini davam etdirmək üçün sui-qəsd hazırlayıblar.

Kəşfiyyat orqanları vurğulayıb ki, qrup üzvləri qanunsuz hərəkətlər üçün yeni üzvlər cəlb ediblər.

Şübhəlilər son beş ay ərzində Milli Kəşfiyyat və Təhlükəsizlik Xidməti tərəfindən aparılan gizli əməliyyatdan sonra saxlanılıb. Onlardan müxtəlif silahlar, bomba və partlayıcı maddələr, yandırıcı qarışıqlar, müxtəlif valyutalar, sənədlər, nağd pullar götürülüb.

Operativ qrup həmçinin bildirib ki, qruplaşma xaricdən koordinasiya olunur. Son aylarda öz siyasi, hərbi, məlumat, maliyyə və təbliğat qanadını yaratmaq üçün çalışıb.