ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

ABŞ öz vətəndaşlarının Haitidən təxliyəsinə başlayır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Martın 20-dən etibarən ABŞ hökuməti öz vətəndaşlarının Haitidən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına çarter reysləri təşkil edirik. ABŞ hökumətinin nümayəndələri konsulluq yardımı göstərmək üçün oradadırlar”, - Patel deyib.

Bu günə qədər təxminən 1,6 min amerikalı Haitidən təxliyə üçün hökumətə müraciət edib.