Baydenin köməkçisi Sallivan Kiyevə səfər edib

Baydenin köməkçisi Sallivan Kiyevə səfər edib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Kiyevə səfər edib.

Birxeber.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Sallivan Kiyevdə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakla görüşüb.

Məlumata görə, Yermakla görüşdən sonra keçirilən mətbuat konfransında Sallivan ABŞ-nin Ukraynaya böyük yardım paketi təqdim edə biləcəyini bildirib.