Birləşmiş Ştatlar Türkiyə, İran və Almaniya şirkətlərinə sanksiyalar tətbiq edib

Birləşmiş Ştatlar Türkiyə, İran və Almaniya şirkətlərinə sanksiyalar tətbiq edib

ABŞ İranın raket proqramını dəstəklədiyi üçün Türkiyə, Oman, İran və Almaniya şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, sanksiyalar İranın raketləri üçün karbon lifi aldığı “üç satınalma şəbəkəsini” hədəfləyir.

Məhdudlaşdırıcı tədbirlər İran, Türkiyə, Oman və Almaniya şirkətlərinə, eləcə də bir sıra fiziki şəxsləri əhatə edib.