İspaniya Ukraynaya 20 ədəd “Leopard 2A4” tankı verəcək

İspaniya Ukraynaya 20 ədəd “Leopard 2A4” tankı verəcək

İspaniya Ukraynaya tankların yeni partiyasının tədarükünü təsdiqləyib.

"Birxeber.Az" bu barədə "Infodefensa"ya istinadən xəbər verir.

Məlumata görə, söhbət 20 ədəd “Leopard 2A4”dən gedir.

İspaniyanın Müdafiə Materialları, İkili Təyinatlı stifadəli Texnologiyaların Ticarəti və Nəzarəti üzrə Nazirliklərarası Şura Ukraynaya daha 20 ədəd “Leopard 2A4” döyüş tankının verilməsini təsdiqləyib.

Nəşr aydınlaşdırır ki, tanklar, Sevilyadakı Alkala de Qvadairada yerləşən “Santa Barbara Sistemas” zavodunda hazırlanacaq.