İsrail ordusu "İslami Cihad"ın üzvlərini zərərsizləşdirib

İsrail ordusu "İslami Cihad"ın üzvlərini zərərsizləşdirib

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin şəhərində Fələstinin “İslami Cihad” təşkilatının bir neçə silahlısını zərərsizləşdiriblər.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Silahlılar İsrail aviasiyasının zərbəsi nəticəsində öldürülüb. Öldürülənlər arasında “İslami Cihad”ın iki yüksək rütbəli silahlısı var.

Onlardan biri Əhməd Barakat 2023-cü ilin martında Hermeş qəsəbəsində terror aktı törədib, nəticədə bir israilli həlak olub.