Sülh küçəsinin təmiri yekunlaşıb - FOTO

Sülh küçəsinin təmiri yekunlaşıb - FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.

Agentlikdən Birxeber-ə verilən məlumata görə, aparılan təmir işləri çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.

Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.

Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.

Birxeber
Sosial Sosial
Arestoviç: "Prezident Aparatından qovuldum" - VİDEO

Arestoviç: "Prezident Aparatından qovuldum" - VİDEO

Sosial Sosial
SOCAR prezidentinin müşaviri vəzifəsindən azad olundu

SOCAR prezidentinin müşaviri vəzifəsindən azad olundu

Sosial Sosial
Azərbaycanda pensiya yaşı azaldılacaq? - AÇIQLAMA

Azərbaycanda pensiya yaşı azaldılacaq? - AÇIQLAMA

Sosial Sosial
Azərbaycanda din xadimlərinə göstərilən maddi dəstək ARTIRILDI

Azərbaycanda din xadimlərinə göstərilən maddi dəstək ARTIRILDI

Sosial Sosial
Xocasəndə mindən çox ağacı əkilib - FOTO

Xocasəndə mindən çox ağacı əkilib - FOTO

Sosial Sosial
Ramazanda oruc tutmayan deputatlar: Kimi səhhətini, kimisi də iş rejimini səbəb gətirdi

Ramazanda oruc tutmayan deputatlar: Kimi səhhətini, kimisi də iş rejimini səbəb gətirdi

Sosial Sosial
2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Sosial Sosial
Sülh küçəsinin təmiri yekunlaşıb - FOTO

Sülh küçəsinin təmiri yekunlaşıb - FOTO

Sosial Sosial
Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır

Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır

Sosial Sosial
Qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edilib

Qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edilib

Sosial Sosial
Bakının bu iki qəsəbəsində su kəsiləcək

Bakının bu iki qəsəbəsində su kəsiləcək

Sosial Sosial
TƏBİB bir neçə xəstəxanada nöqsan aşkarladı

TƏBİB bir neçə xəstəxanada nöqsan aşkarladı