Polşa Danimarkadan dəniz freqatları üçün müdafiə sistemləri alacaq

Polşa Danimarkadan dəniz freqatları üçün müdafiə sistemləri alacaq

Polşa Danimarkadan dəniz freqatları üçün müdafiə sistemləri alacaq.

"Report" xəbər verir ki, bu barədə Polşa dövlət müdafiə konserninin yaydığı məlumatda deyilir.

Bu məqsədlə Danimarkanın "Terma" şirkəti ilə müdafiə sistemlərinin tədarükü üçün müqavilə bağlanıb.

Qeyd olunur ki, bu sistemlər həm sualtı, həm də raketdən effektiv müdafiəni təmin edəcək.

Bundan əvvəl Polşanın "Miecznik" proqramı çərçivəsində çoxməqsədli raket freqatlarının tikintisinə başladığı barədə xəbərlər yayılıb.

Polşa Milli Müdafiə Nazirliyi freqatların Hərbi Dəniz Qüvvələrində keyfiyyətcə yeni səviyyəni təmsil etdiyini açıqlayıb.

İlk freqatın 2026-cı ilin üçüncü rübündə suya buraxılması və iki ildən sonra Polşa Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. Sonuncu, üçüncü freqat 2031-ci ilin ikinci rübündə donanmaya təhvil veriləcək.