Azərbaycan dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 30 %-dən çox artıb

Azərbaycan dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 30 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyon ton yük, 1261,5 min sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 % az və 30,8 % çoxdur.

Hesabat dövründə orta hesabla sutkada 363 vaqon yüklənib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.