İsveç öz ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün heç bir səbəb görmür

İsveç öz ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün heç bir səbəb görmür

İsveç sülh dövründə öz ərazisində nüvə silahı və ya daimi NATO bazalarının yerləşdirilməsi üçün heç bir səbəb görmür.

Birxeber.Az xəbər verir ki, bu mövqe krallığın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı xarici işlər naziri Tobias Billström tərəfindən parlamentdə təqdim olunan xarici siyasət bəyannaməsində öz əksini tapıb.

Sənəddə deyilir: "İsveç parlamentdə geniş dəstək alaraq NATO-ya üzvlük üçün müraciət edib. Bu mövqe qətidir, lakin digər Skandinaviya ölkələrində olduğu kimi, sülh dövründə İsveçdə nüvə silahının və ya daimi bazalarının olması üçün heç bir səbəb yoxdur".