Peskov: İrəvan Bakının rəyini nəzərə almadan birtərəfli qaydada Aİ missiyasını dəvət edir

Peskov: İrəvan Bakının rəyini nəzərə almadan birtərəfli qaydada Aİ missiyasını dəvət edir

Ermənistan Azərbaycanın fikrini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının (Aİ) müşahidə missiyasını dəvət edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu, missiyanın effektivliyini şübhə altına ala bilər.

“Söhbət ondan gedir ki, müşahidənin predmeti nədir və bu missiya Azərbaycan tərəfindən tanınıbmı? Orada belə bir mandatın anlayışla qarşılanacağına şübhə edirəm. Bu, İrəvanın birtərəfli qərarıdır, belə bir missiyanın potensial effektivliyini şübhə altına ala bilər”, - Peskov qeyd edib.