Bakıda restoran və dönərxanalara yararsız at və mal əti satan şəxs saxlanılıb

Bakıda restoran və dönərxanalara yararsız at və mal əti satan şəxs saxlanılıb

Paytaxtda yerləşən restoran və dönərxanalardan bəzilərinə qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.

Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Zaur Rüstəmov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satılıb.

Baş İdarənin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

HADİSƏ HADİSƏ
Qusar sakinindən beşbarmaq və bıçaq götürülüb

Qusar sakinindən beşbarmaq və bıçaq götürülüb

HADİSƏ HADİSƏ
Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

HADİSƏ HADİSƏ
Konstitusiya Məhkəməsi bəzi məhkəmə mübahisələrilə bağlı qərarını açıqlayıb

Konstitusiya Məhkəməsi bəzi məhkəmə mübahisələrilə bağlı qərarını açıqlayıb

HADİSƏ HADİSƏ
Bakıda 23 yaşlı motosikletçini avtomobil vurub

Bakıda 23 yaşlı motosikletçini avtomobil vurub

HADİSƏ HADİSƏ
Ali Məhkəmə Vidadi Muradovun əmlakı ilə bağlı qərarı elan edib

Ali Məhkəmə Vidadi Muradovun əmlakı ilə bağlı qərarı elan edib

HADİSƏ HADİSƏ
Bakıda 34 yaşlı qadını avtomobil vurub

Bakıda 34 yaşlı qadını avtomobil vurub

HADİSƏ HADİSƏ
Hərbi prokurorluq əməkdaşının həyat yoldaşının videomüraciəti ilə bağlı araşdırma aparılır

Hərbi prokurorluq əməkdaşının həyat yoldaşının videomüraciəti ilə bağlı araşdırma aparılır

HADİSƏ HADİSƏ
Şabranda qatarla traktor toqquşub, ölən var

Şabranda qatarla traktor toqquşub, ölən var

HADİSƏ HADİSƏ
“Papanin” və “Kubinka”da əməliyyat -  8 nəfər tutulub - FOTO

“Papanin” və “Kubinka”da əməliyyat - 8 nəfər tutulub - FOTO

HADİSƏ HADİSƏ
Bakıda polis tapança ilə gəzən şəxsi tutub

Bakıda polis tapança ilə gəzən şəxsi tutub

HADİSƏ HADİSƏ
DSX Xəzərdə çəlləklərə bərkidilmış kisədə narkotik aşkarlayıb

DSX Xəzərdə çəlləklərə bərkidilmış kisədə narkotik aşkarlayıb

HADİSƏ HADİSƏ
Bakıda oteldə qadın bıçaqlandı

Bakıda oteldə qadın bıçaqlandı