Nərimanovda 8 kiloqram narkotik vasitə və 2 ədəd “Makarov” tapançası aşkar edilib - FOTO - VİDEO

Nərimanovda  8 kiloqram narkotik vasitə və 2 ədəd “Makarov” tapançası aşkar edilib - FOTO - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşad Səfərov və Vüsal Cavadov saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar olunub. Saxlanılanlar narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşları tərəfindən martın əvvəlindən etibarən həyata keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt müəyyən edilib, 17 nəfər saxlanılıb. 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat yolu ilə müxtəlif şəxslərdən 2 ədəd “Makarov”markalı tapança aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.