Tovuzda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuzda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuzda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Sinan Bağırov kənddə ehtiyatsızlıqdan yıxılaraq elektrik naqillərinə dəyib. Bu zaman onu cərəyan vuraraq öldürüb.

***

12:19

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində yeniyetmə oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.