Naxçıvanda pirotexniki vasitələr satan şəxslər məsuliyyətə cəlb edilib

Naxçıvanda pirotexniki vasitələr satan şəxslər məsuliyyətə cəlb edilib

Naxçıvanda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Birxeber.Az-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan İbrahimli Məmmədəli, Ağazadə Sedat, Allahverdi Tural, Hüseynli Elnur, Məmmədov Cəmşid, Musayev Xaliq, Məmmədov Həsənalı saxlanılıb və onlardan 35000 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci(istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağaın olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün səlahiyyətli orqana-məhkəmələrə göndərilib.

Həmin şəxslərin pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir .