Repubblica: ABŞ Rusiya prezident seçkilərini pisləyən G7 bəyanatını blokladı

Repubblica: ABŞ Rusiya prezident seçkilərini pisləyən G7 bəyanatını blokladı

ABŞ dövlət katibi Antoni Blinken “Yeddilik Qrupu”nun (G7) Rusiya Federasiyasında keçirilən prezident seçkilərini pisləyən və ona sədrlik edən İtaliyanın hazırladığı bəyanatın mətnini bloklayıb.

APA xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti öz mənbələrinə istinadən yazır və belə bir qərarın Moskvaya noyabrda keçiriləcək Amerika seçkilərinə müdaxilə etmək üçün əsas verməmək istəyi ilə izah edir.

Nəşrin qeyd etdiyi kimi, İtaliyanın Şerpaları Rusiya seçkilərinin fars adlandırıldığı bəyanat hazırlayıb. Eyni zamanda, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan müsbət rəy verib, lakin Dövlət Departamenti bəyanatın mətnini yersiz hesab edib. Qəzet həm Sullivan, həm də Blinkenin Rusiyadakı keçmiş prezident seçkiləri barədə tənqidi danışdıqları bəyanatlarına istinad edir.