Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınması 50 %-ə yaxın artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınması 50 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı ilə 63,1 min ton yük, 493,7 min sərnişin daşınıb.

“Birxeber.Az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,5 %48,4 % çoxdur.

Sərnişin daşımalarının 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.